reklam
Robinyo İtaliyaya gətirilir -
Sportfm.az xəbər saytı

Robinyo İtaliyaya gətirilir -Məhkəmə başlayır


Milan Baş Prokurorluğu Braziliya millisinin sabiq futbolçusu Robinyonun ölkəyə gətirilməsi üçün İtaliya Ədliyyə Nazirliyinə müraciət edib.

Sportfm.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Prokurorluq 38 yaşlı veteran hücumçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarını təsdiqləməsindən sonra lazımi sənədləri toplayaraq nazirliyə göndərib.

Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanıma qrup şəklində təcavüz edib. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Lakin həmin vaxt "Milan" klubunda çıxış edən "sambaçı" günahını etiraf etməyib.

Oxşar xəbərlər

Robinyonun iddiası rədd edildi - Həbs cəzası təsdiqləndi
Robinyo Türkiyədən gedir - Braziliyaya qayıdır
Robinyo çempion olmaq istəyindən danışdı
"Başakşəhər"dən super transfer
Robinyo azadlıqdan məhrum edildi - 9 il məhbus həyatı yaşayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər