reklam
Robinyo çempion olmaq istəyindən danışdı
Sportfm.az xəbər saytı

Robinyo çempion olmaq istəyindən danışdı


"Sivasspor"dan çıxış edən Braziliya millisinin sabiq futbolçusu Robinyonun "Başakşəhər"ə transferi rəsmiləşib. 

Sportfm.az xəbər verir ki, 34 yaşlı hücumçu Super Liqanın lideri ilə 1,5 illik müqavilə bağlayıb. İstanbul təmsilçisi bu keçid üçün 2 milyon avrosundan keçib. Robinyo açıqlamasında "Başakşəhər"lə Türkiyə çempionu olmaq istədiyini dilə gətirib: "Daha bir xəyalı gerçəkləşdirməyə gəldim. "Başakşəhər çempionluğa ən böyük namizədlərdən biridir. Bu klubla böyük uğurlar qazanmaq istəyirəm. "Başakşəhər" oyun tərzimə uyğun olan komandadır". 

Məşhur futbolçu "Sivasspor"a da təşəkkür edib: "Sivasspor"a təşəkkür edirəm Orada çox yaxşı qarşılanmışdıq. Orada gözəl anlar yaşadım". 

Qeyd edək ki, 2017-ci ilin əvvəlində "Sivasspor"a keçən Robinyo Sivas klubunda 30 oyuna 12 qol vurub, 5 assist edib.

Oxşar xəbərlər

"Sivasspor" yenə xal itirdi - VİDEO
"Başakşəhər" daha bir məşhur futbolçunu transfer etdi - FOTO
"Başakşəhər"dən super transfer
Robinyo onunla çalışacaq - FOTO
9 illik həbsə məhkum edilən futbolçu Türkiyəyə gəldi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər