reklam
18 cüdoçu - 2 medal -
Sportfm.az xəbər saytı

18 cüdoçu - 2 medal -Açıq Avropa turniri


Dünyanın 26 ölkəsindən 321 idmançının qatıldığı, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, iki gün davam edən turnirdə ölkəmizi milli komandanın ehtiyat üzvləri olan 18 cüdoçu təmsil edərək, medallar və reytinq xalları uğrunda mübarizə aparıblar.

Yarışın birinci günündə 60 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımız Turan Bayramov və Samir Piriyev bütün rəqiblərini məğlub edərək finalda bir-birləri ilə görüşüb. Bayramov Piriyevə qalib gələrək, Azərbaycana beynəlxalq turnirlərdən bu ilin ilk qızıl medalını qazandırıb.

Ümumilikdə, 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan yığmasının üzvləri Açıq Avropa turnirini 7-ci yerdə başa vurublar.

Oxşar xəbərlər

Turan Bayramov finalda - Avropa çempionatı
Azərbaycan cüdoçuları 6 medal qqazandı - Açıq Avropa turniri
Cüdoçularımızdan qızıl və gümüş medallar - Açıq Avropa turniri
İlk gündə 3 medal - Böyük Dəbilqə
Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər