Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazandı -FOTO
Misirin Hurqada şəhərində keçirilən parataekvondo üzrə açıq Afrika çempionatında dörd idmançı ilə təmsil olunan paralimpiya milli komandamızın üzvləri reytinq xallarını artırıblar.
Sportfm.az xəbər verir ki, komandamızın kapitanı, 75 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Nicat Müslümov K42 və K43 kateqoriyalarında iki qızıl medal qazanıb.
Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44, 49 kq) və Aynur Məmmədova (K44, +58 kq) yalnız final döyüşündə məğlub olaraq yarışı gümüş medallarla başa vurublar.
Digər kişi idmançımız Elimxan Manafov (K43, 61 kq) yarımfinalda mübarizəni dayandırıb.
Komanda hesabında millimiz üçüncü yerdə qərarlaşıb. Nicat Müslümov yarışın ən güclü idmançısı seçilib.
Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının mübarizə apardığı beynəlxalq reytinq turnirini iki qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar.
Oxşar xəbərlər
Parataekvondoçularımızdan daha iki medal
Millimizin üzvləri Rusiyada medal qazandı - FOTO
Plovdivdən iki medalla
Millimiz Bolqarıstandan iki medal gətirdi
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası