Milli Olimpiya Komitəsinin üzvü dünyasını dəyişdi
Azərbaycan idman ictimaiyyətinə itki üz verib.
Sportfm.az xəbər verir ki, tanınmış idman mütəxəssisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ramiz Yusif oğlu Yusifov fevralın 9-da ömrünün 85-ci ilində vəfat edib.
Ramiz Yusif oğlu Yusifov 1936-cı ildə mayın 15-də Ağdam rayonunda anadan olub.
O, 1936-cı ildə boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958-ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə beynəlxalq dərəcəli hakim, dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü idi.
Dövlət başçısının 18 dekabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.
Oxşar xəbərlər
Azərbaycan idman ictimaiyyətinə ağır itki
13 qat Azərbaycan çempionu dünyasını dəyişdi
Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verdi
Elçin Zeynalov 70 illik yubileyini qeyd edir
Firdovsi Umudova daha bir vəzifə həvalə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası