"Bursaspor"un baş məşqçisi Namikdən danışdı -"Namik bizdən biridir"
Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor"un baş məşqçisi Tamer Tuna oyunçumuz haqqında danışıb.
Sportfm.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu barədə "Lifebursa" nəşrinə açıqlama verib. O, Namik Ələskərov da daxil olmaqla düşərgədəki 3 əcnəbi oyunçunun komandaya can yandırdığını bildirib:
"Onsuz da Namik Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.
Oxşar xəbərlər
“Bursaspor”dan ayrılmaq məcburiyyətində qaldım" - Namik Ələskərov
Namik Ələskərov daha bir klubun maraq dairəsində
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurdu - VİDEO
Namik Ələskərovdan "Bursaspor"da üçüncü qol - Türkiyə I Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası