İran Futbol Federasiyası FİFA-ya şikayət etdi -“Zenit”dən
İran Futbol Federasiyası Sankt-Peterburqun “Zenit” klubundan FİFA-ya şikayət edib.
Sportfm.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şikayətdə hücumçu Sərdar Azmunun millinin düşərgəsinə buraxılmamaqla bağlı qərarın qaydalara zidd olduğunu bildirilib.
Klub isə bu ittihamla razılaşmır. “Zenit”in yaydığı açıqlamada bildirilir ki, Sərdar Azmuna milliyə dəvət FİFA-nın müəyyənləşdirdiyi vaxtdan gec gəlib: “Belə vəziyyətdə qərar klubun səlahiyyətində olur. Azmun qışda məşq prosesinin birinci mərhələsini buraxıb. Ona görə də lazımi idman forması yığmayıb. O, “Zenit”in futbolçusudur və məqşçilər heyəti komandanın maraqlarına uyğun qərar qəbul edib. Bununla əlaqədar FİFA məlumatlandırılıb”.
Qeyd edək ki, S.Azmun “Bayer”lə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. O, bu yay “Zenit”i tərk edərək Almaniya klubuna qoşulacaq.
Oxşar xəbərlər
Sərdar:"Kolxozçu fanatlar ürəyimdə olacaq" - Paylaşım
Almaniya klubu iranlı hücumçu aldı - 5 illik müqavilə
Rusiya Superkubokunun qalibi - “Zenit”!
İranlı futbolçu "Napoli"nin hədəfində
Millimizin futbolçusundan FİFA-ya şikayət olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası