
Millimizin futbolçusundan FİFA-ya şikayət olundu
Rusiyanın “Zenit” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə Türkiyə təmsilçisi “Trabzonspor”dan FIFA-ya şikayət edib.
Sportfm.az xəbər verir ki, şikayətə səbəb trabzonluların 22 yaşlı hücumçunu 2016-cı ilin iyununda təzminat ödəmədən heyətinə qatmasıdır. Sankt-Peterburq təmsilçisi öz yetirməsinə görə yetişdirmə haqqı tələb edir.
“Trabzonspor” rəhbərliyi artıq bununla əlaqədar ruslarla birbaşa danışıqlara başlayıblar. FİFA tərəfindən cəza almamağa çalışan Trabzon klubu tələb olunan məbləği 20 min avro olmaqla iki dəfəyə ödəməyi təklif edib. Amma ruslar bu təklifi qəbul etməyiblər və 40 min avronun birdəfəlik ödənilməsini tələb ediblər.
Qeyd edək ki, “Trabzonspor”da möhkəmlənə bilməyən R.Şeydayev 2017-ci ilin fevralında Slovakiyanın “Jilina”, ötən yay isə “Qarabağ”a icarəyə verilib. Ağdam təmsilçisində əsas heyətə düşə bilməyən forvard hələ də qol vurmayıb.

№ | Komanda | o | x |
1 | Neftçı | 17 | 33 |
2 | Qarabağ | 17 | 33 |
3 | Zirə | 17 | 28 |
4 | Sumqayıt | 17 | 23 |
5 | Qəbələ | 17 | 21 |
6 | Səbail | 17 | 16 |
7 | Keşlə | 17 | 15 |
8 | Sabah | 17 | 15 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 14 | 32 |
2 | Zaqatala | 15 | 31 |
3 | Neftçi-2 | 14 | 30 |
4 | Sabah-2 | 14 | 29 |
5 | Qarabağ-2 | 15 | 22 |
6 | Kəpəz | 13 | 16 |
7 | Keşlə-2 | 14 | 11 |
8 | Qaradağ Lökbatan | 14 | 10 |
9 | Sumqayıt-2 | 13 | 9 |
10 | MOİK | 14 | 6 |