reklam
Xəyal Zeynalov:
Sportfm.az xəbər saytı

Xəyal Zeynalov: "Bu bizim futbolumuz üçün çox faydalı olacaq"


"Vətən" futbol klubunun nəzdində ilk dəfə olaraq qapıçılarla bağlı seminar təşkil olunub. Sportfm.az saytına tədbirlə bağlı danışan "Vətən"in qapıçılarla çalışan məşqçisi Xəyal Zeynalov seminarın məqsədindən söz açdı:

"Seminarımızın məqsədi müvafiq yaş qruplarında olan qapıçılarımıza müasir futbolun sirrlərini öyrətməkdir. Tədbir zamanı, oyunda qapıçının vəzifələrini və onlardan nələr tələb olunduğunu izah etməyə çalışdıq. Həmçinin, qapıçıların təməl texnikası haqqında geniş müzakirələr apardıq. Seminarda videoçarxlar vasitəsi ilə müxtəlif vərdişlər nümayiş etdirdik. Nəzərdə tutmuşuq ki, gələcəkdə, ayda iki dəfə belə seminarlar təşkil edək. Düşünürəm ki, bu bizim futbolumuz üçün çox faydalı olacaq".
 
Qeyd edək ki, tədbirdə U-14, U-15, U-16, U-19 liqalarında çıxış edən yeniyətmə və gənc qapıçılar iştirak edib.

Oxşar xəbərlər

Hakimlər üçün seminar keçirildi
Azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti seminar
Fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Azərbaycanlı uşaqlar daha çox hansı ölkənin qapıçılarına oxşamaq istəyir? - FOTO, VİDEO
“Qarabağ”ın son məğlubiyyətinin səbəbkarı kimdir? VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər