reklam
UEFA-dan
Sportfm.az xəbər saytı

UEFA-dan "Qarabağ"la bağlı paylaşım -Ən yaxşı oyunçusunu seçir


UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Sportfm.az xəbər verir ki, postda Azərbaycan təmsilçisinin futbolçuları - İbrahima Vadji, Abbas Hüseynov və Kadi Borgesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda "Qrup mərhələsində "Qarabağ"ın ən yaxşı oyunçusu kim olub?" sualı da ünvanlanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

 

Oxşar xəbərlər

UEFA "Neftçi" - "Qarabağ" matçı ilə bağlı paylaşım etdi - FOTO
UEFA Abbas Hüseynovun qolunu paylaşdı - FOTO
"Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" - Sorğu
UEFA-dan növbəti "Qarabağ" paylaşımı - Konfrans Liqası
UEFA "Qarabağ"la bağlı paylaşım etdi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər