Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Renat Dadaşovun komandasından bir ilk -Finala yüksəldi
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" klubu Portuqaliya Kubokunda finala yüksəlib.
Sportfm.az xəbər verir ki, komanda yarımfinalın cavab oyununda "Mafra" ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matça start heyətdə başlayan Dadaşov 55-ci dəqiqə Marcelo Alves Santosla əvəzlənib.
İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn "Tondela" tarixində ilk dəfə ölkə kubokunun finalına çıxıb. Komanda həlledici görüşdə "Portu" - "Sportinq" cütünün qalibi ilə üz-üzə gələcək. Lissabondakı ilk oyunda "Portu" qələbə qazanıb - 2:1
Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.
Oxşar xəbərlər
Renatın komandası finalda məğlub oldu - Portuqaliya kuboku
Renatsız "Tondela" məğlub oldu
Dadaşovun komandasından qələbə - Portuqaliya çempionatı
Dadaşov 95-ci dəqiqədə meydana çıxdı və qəhraman oldu - VİDEO
Millimizin hücumçusu karantinə alındı - Koronavirusa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası