reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan daha iki transfer -Qurbanov təsdiqlədi


“Transfer məsələləri həmişə çətin başa gəlir, xüsusən də qış fasiləsi zamanı”.

Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sportinfo TV"nin “Youtube” kanalına açıqlamasında deyib.

Ağdam klubunun çalışdırıcısı “Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili və “Çerno More”nin yarımmüdafiəçisi Leandro Andrade ilə anlaşdıqlarını təsdiqləyib. Qurbanov transfer çalışmalarının davam etdiyini vurğulayıb: “Quqeşaşvili və Andradenin gəlişi ilə kifayətlənmək istəmirik. Danışıq apardığımız başqa legionerlər də var. Sadəcə, bu elə məsələdir ki, futbolçu bura gəlib çıxana, tibbi baxışdan keçənə kimi əminliklə danışmaq olmur. Gərək müqavilə sənədinə atılan imzanın mürəkkəbinin qurumasını gözləyəsən”.

Qurbanov əlavə edib ki, əcnəbi futbolçuları Azərbaycana gətirmək çətindir: “Səbəblər və problemlər çoxdur. Futbolçunun özü və klubu irəli sürdüyümüz şərtlərlə razılaşır, amma görürsən ki, xanımı ölkəni dəyişmək istəmir. Belə incə nüanslar var”.

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Ukraynanın “Minay” klubundan Rüstəm Əhmədzadəni də transfer edib.

Oxşar xəbərlər

Rusiya klubu "Qarabağ"ın futbolçusunu istəyir
Millinin üzvü “Qarabağ”da - TRANSFER
"Qarabağ"ın növbəti transferi - 2025-ci ilədək müqavilə bağlandı
Millinin qolkiperi "Qarabağ"a gəlir - İddia
"Qarabağ"ın yeni transferi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər