Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin qolkiperi "Qarabağ"a gəlir -İddia
“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məsələ burasındadır ki, 23 yaşlı qolkiper Polşanın “Yagelloniya” komandasında çıxış edir. Hazırda tərəflər arasında danışıqlar davam edir. Ağdam klubunun bu keçid üçün qarşı tərəfə 300 min avro təklif etdiyi bildirilir.
Son olaraq icarə əsasında ölkəsinin “Dila” klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə üzrə “Yagelloniya”ya məxsusdur. Amma qolkiper bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tiflis “Dinamo”sunun da formasını geyinmiş qapıçı Polşada “Podlyasye”, İspaniyada isə “Qranada”nın B komandasında oynayıb.
Oxşar xəbərlər
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların arasında
Qapıçı knyazlıq klubunda - FOTO
“Qarabağ”dan növbəti transfer
Millinin üzvü “Qarabağ”da - TRANSFER
"Qarabağ"da yeni qapıçı - Transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası