reklam
Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı -
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı -Vüqar Həşimov Memorialı


Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.

Sportfm.az xəbər verir ki, IV turda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gələcək. Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşacaq.

V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla, Əsədli çexiyalı David Navara ilə, Məmmədov isə Riçard Rapportla oynayacaq.

IV tur

Şəhriyar Məmmədyarov - Rauf Məmmədov

Riçard Rapport (Macarıstan) - Vüqar Əsədli

David Navara (Çexiya) - Fabiano Karuana (ABŞ)

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)

V tur

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov

Vüqar Əsədli - David Navara (Çexiya)

Rauf Məmmədov - Riçard Rapport (Macarıstan)

Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 23-də yekun vurulacaq. 3 turdan sorna Fabiano Karuana 8 xalla liderdir. Riçard Rapport 7 xalla ikinci pillədə qərarlaşıb. Məmmədov və Məmmədyarov 5 xalla 3-4-cü yerləri bölüşdürürlər. Sergey Karyakin 5 xalla 5-ci, David Navara isə 4 xalla 6-cıdır. Vişvanatan Anand və Vüqar Əsədlinin hərəyə bir xalı var.

Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. Armageddonda əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.

Oxşar xəbərlər

Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Şəhriyar Navaraya qarşı - Vüqar Həşimov Memorialı
Blits növündə mübarizəyə başlandı - Vüqar Həşimov Memorialı
Şəhriyar Məmmədyarov turnirin liderinə qarşı - Vüqar Həşimov Memorialı
Azərbaycan şahmatçıları üz-üzə gələcək - Vüqar Həşimov Memorialı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər