reklam
Blits növündə mübarizəyə başlandı -
Sportfm.az xəbər saytı

Blits növündə mübarizəyə başlandı -Vüqar Həşimov Memorialı


Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə blits növündə mübarizəyə start verilib.

Sportfm.az xəbər verir ki, qrossmeysterlər ümumilikdə 7 tur keçiriblər.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 4 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. 36 yaşlışahmatçı 1 görüşdə isə uduzub. O, yeganə məğlubiyyətini ABŞ təmsilçisi Fabiano Karuanadan alıb.

Vüqar Əsədli 3, Rauf Məmmədov isə 2 qarşılaşmada rəqiblərindən üstün olublar.

I tur

David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov - 0,5: 0,5
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov - 0,5: 0,5
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli - 0,5: 0,5
Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan) - 0:1

II tur

Şəhriyar Məmmədyarov - Vüqar Əsədli - 1:0
Rauf Məmmədov - Fabiano Karuana (ABŞ) - 1:0
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) - 0:1
Riçard Rapport (Macarıstan) - Vişvanatan Anand (Hindistan) - 1:0

III tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov - 0:1
Vüqar Əsədli - Rauf Məmmədov - 1:0
Fabiano Karuana (ABŞ) - Riçard Rapport (Macarıstan) - 0,5: 0,5
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya) - 0,5: 0,5

IV tur

Şəhriyar Məmmədyarov - Rauf Məmmədov - 1:0
Riçard Rapport (Macarıstan) - Vüqar Əsədli - 1:0
Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 0,5: 0,5
David Navara (Çexiya) - Fabiano Karuana (ABŞ) - 1:0

V tur

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5: 0,5
Rauf Məmmədov - Riçard Rapport (Macarıstan) - 0:1
Vüqar Əsədli - David Navara (Çexiya) - 1:0
Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5: 0,5

VI tur

Şəhriyar Məmmədyarov - Riçard Rapport (Macarıstan) - 1:0
David Navara (Çexiya) - Rauf Məmmədov - 1:0
Sergey Karyakin (Rusiya) - Vüqar Əsədli - 0:1
Vişvanatan Anand (Hindistan) - Fabiano Karuana (ABŞ) - 0:1

VII tur

Rauf Məmmədov - Sergey Karyakin (Rusiya) - 1:0
Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0
Vüqar Əsədli - Vişvanatan Anand (Hindistan) - 0,5: 0,5
Riçard Rapport (Macarıstan) - David Navara (Çexiya) - 0:1

Qeyd edək ki, hazırda 20,5 xala malik olan Rabbort turnir cədvəlinə başçılıq edir. Məmmədyarov 19 xalla ikinci, Karuana 18,5 xalla üçüncüdür. 18 xalı olan Karyakin dördüncü pillədə qərarlaşıb. Navara (11 xal) beşinci, Məmmədov (10,5 xal) altıncı, Əsədli (8 xal) yeddinci sırada qərarlaşıb. Anand isə 5,5 xalla sonuncu yerdə gedir.

Vüqar Həşimov Memorialı dekabrın 23-də başa çatacaq. Qalib rapid və blitsdəki yekun nəticələrə əsasən bəlli olacaq.

Oxşar xəbərlər

Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Şəhriyar Navaraya qarşı - Vüqar Həşimov Memorialı
Şəhriyar Məmmədyarov turnirin liderinə qarşı - Vüqar Həşimov Memorialı
Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı - Vüqar Həşimov Memorialı
Azərbaycan şahmatçıları üz-üzə gələcək - Vüqar Həşimov Memorialı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər