reklam
Avropa Şahmat İttifaqının prezidenti Bakıya gəlir
Sportfm.az xəbər saytı

Avropa Şahmat İttifaqının prezidenti Bakıya gəlir


Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Bakıya səfər edəcək.

Sportfm.az xəbər verir ki, Avropa şahmatının rəhbəri dekabrın 17-də Azərbaycan paytaxtında olacaq. Səfərdə əsas məqsəd ölkənin görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan Memorialda fəxri qonaq qismində ştirak etməkdir. 
Qeyd edək ki, super turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. Onlarla yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaqlar.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. 

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Oxşar xəbərlər

Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Blits növündə mübarizəyə başlandı - Vüqar Həşimov Memorialı
Şəhriyar Məmmədyarov Rauf Məmmədova qarşı - Vüqar Həşimov Memorialı
Azərbaycan şahmatçıları üz-üzə gələcək - Vüqar Həşimov Memorialı
Vüqar Həşimov Memorialında iştirakçılır məlum oldu - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər