reklam
Olimpiada iştirakçıları diskvalifikasiya olunmayacaqlar -
Sportfm.az xəbər saytı

Olimpiada iştirakçıları diskvalifikasiya olunmayacaqlar -Koronavirusa görə


2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının iştirakçılarında yarış zamanı koronavirus aşkar edilərsə onlar diskvalifikasiya olunmayacaqlar.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, koronavirus səbəbindən idmançı və ya komanda yarışı davam etdirə bilməsə, onların nəticəsi ləğv edilməyəcək. Finala çıxmış idmançı və yaxud komandada koronavirus infeksiyası aşkar ediləcəyi təqdirdə isə onlara avtomatik gümüş medal veriləcək.

Oxşar qaydalar bu ilin yayında baş tutan Tokio Olimpiadasında da qüvvədə olub.

Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Oxşar xəbərlər

Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi - Pekin-2022
Olimpiya Oyunlarının məşəli alovlandırıldı - Pekin-2022
Olimpiya Oyunları tamaşaçısız keçiriləcək - Pekin-2022
“Kazan-2022” təxirə salındı - Koronavirus pandemiyası səbəbindən
Qış olimpiadası təsirə məruz qalmayacaq - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər