Dekabrın 6-da Azərbaycan Pouerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılış olub.
Sportfm.az xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Tədbirdə çıxış edən nazir şəhid idmançı Muxtar Qasımlının atası Əli Qasımlıya xatirə plaketi təqdim edib. Açılışın qonağı olan qazilərə isə xatirə hədiyyələri təqdim edilib.
Yeni bazada yaradılmış şəraitlə tanış olan Fərid Qayıbov yığma komanda üzvləri ilə görüşüb və yeni mərkəzdə məşq proseslərini izləyib.















Misli Premyer Liqası