reklam
AFFA De Byazi ilə davam edəcək -
Sportfm.az xəbər saytı

AFFA De Byazi ilə davam edəcək -ÖZƏL


Azərbaycan milli komandasında Canni de Byazi dönəmi davam edəcək.
Sportfm.az xəbər verir ki, AFFA italiyalı mütəxəssisə daha bir seçmə mərhələdə şans verəcək. Lakin 65 yaşlı çalışdırıcının qarşısına bir neçə şərt qoyulub. Bunlardan ən əsası Millətlər Liqasında uğur əldə etməkdi. İtaliyalı bu turnirin pley-off mərhələsinə vəsiqə qazanmalıdı.
De Byazinin maaşı da azaldılacaq. AFFA ona 2 il ərzində ümumilikdə yarım milyon manat, yəni 250 min avroya yaxın maaş verməyi planlaşdırır.
Bu qərar dekabrın 2-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında rəsmən açıqlanacaq.
Qeyd edək ki, De Byazinin AFFA ilə müqaviləsinin müddəti bu gün bitir. (Football-plus.az)

Oxşar xəbərlər

De Byazi Azərbaycan millisindən göndərildi
Canni De Byazi ilə bağlı qərar veriləcək
AFFA-dan açıqlama - De Byazinin taleyini İK həll edəcək
De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək - AFFA
AFFA De Byaziyə 900 min avro verəcək - ŞOK rəqəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər