Azərbaycan çempionatında yenilik ediləcək -Hər klubdan 2 idmançı
Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb.
Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: "Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını nəzərə alaraq, federasiyanın İdarə Heyəti və Hakimlər Komitəsi respublika çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə verilməsini qərara alıb".
Qeyd edək ki, taekvondo üzrə Azərbaycan çempionatı 30 noyabr - 5 dekabrda təşkil olunacaq.
Oxşar xəbərlər
Daha bir taekvondoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Olimpiya çempionları Bakıdakı DÇ-yə buraxılmayacaq
Azərbaycan çempionatında 100-ə yaxın idmançı mübarizə aparacaq
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Taekvondo üzrə respublika çempionatına start verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası