Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatında 100-ə yaxın idmançı mübarizə aparacaq
Sabah – dekabrın 4-də Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürəcək.
Sportfm.az xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edəcəklər.
Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparacaq. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.
Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.
Turnir iki gün davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatında yenilik ediləcək - Hər klubdan 2 idmançı
Sabah ölkə çempionatı start götürür
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Taekvondo üzrə respublika çempionatına start verildi - FOTO
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası