reklam
Daha bir taekvondoçumuz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Daha bir taekvondoçumuz mübarizəyə başlayır -Dünya çempionatı


Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.

Sportfm.az xəbər verir ki, çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə apacaq Xanoğlan Kərimov ilk döyüşünü keçirəcək.

İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək.

Bu gün, həmçinin qadın taekvondoçular 73 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Oxşar xəbərlər

Daha iki taekvondoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Taekvondoçumuzun rəqibi bilindi - Dünya çempionatı
Bakıda keçirilən dünya çempionatının ilk qalibləri - SİYAHI
Yeni reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu oldu
İlk onluğunda üç idmançımız yer alıb - reytinq cədvəli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər