reklam
“Vüqar Həşimov Memorialı-2022”yə start verildi
Sportfm.az xəbər saytı

“Vüqar Həşimov Memorialı-2022”yə start verildi


Bu gün Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq turnir başlayıb.

Sportfm.az xəbər verir ki, yarışın ilk üç günündə rapid turniri keçiriləcək.

İlk turda Abdulla Qədimbəyli Rauf Məmmədov, çinli Van Hao Şəhriyar Məmmədyarov, Semuel Şenklend (ABŞ) Aydın Süleymanlı, Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov ispaniyalı Valeho Pons, Rumıniya şahmatçısı Riçard Rapport isə hindistanlı Qukeş D ilə qarşılaşır.

Birinci mərhələdə ilk gedişi Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov V.Hao ilə Ş.Məmmədyarovun görüşündə edib.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.

Oxşar xəbərlər

Şəhriyar ilk qələbəsini qazandı - Vüqar Həşimov Memorialı-2022
Məmmədyarov Azərbaycan təmsilçiləri ilə qarşılaşacaq - Vüqar Həşimov Memorialı-2022
Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Vüqar Həşimov Memorialında iştirakçılır məlum oldu - SİYAHI
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər