reklam
Millimiz dünya çempionatına qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Millimiz dünya çempionatına qələbə ilə başladı


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kata və kumite yarışlarına start verilib.

Sportfm.az xəbər verir ki, fərdi proqramda çıxış edən Roman Heydərov final mərhələsinə yüksələ bilməyib.

Kumite üzrə komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət Azərbaycan yığması ilk görüşündə Xorvatiyadan güclü olub. Komanda ikinci raundda Hindistanla qarşılaşacaq. Qadınlardan ibarət kollektiv isə startda İtaliyaya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bunadək Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) finala, Asiman Qurbanlı (+84 kq) bürünc medal görüşünə vəsiqə qazanıb.

Oxşar xəbərlər

Milliyə 21 idmançı dəvət olundu - SİYAHI
Azərbaycan yığması Türkiyəyə yola düşdü - İslamiada
Azərbaycanın karate komandası dünya üçüncüsü oldu - UĞUR
Karateçimiz bürünc medal qazandı - Dünya çempionatı
Millimizin heyəti açıqlandı - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər