

Azərbaycan yığması Türkiyəyə yola düşdü -İslamiada
Karate üzrə milli komandamız Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün qardaş ölkəyə yollanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçilər Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və böyük məşqçilər Şahin Xudaverdiyev, Rəşad Hüseynov kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), o cümlədən İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı (68+ kq) müşayiət edəcək.
Kata üzrə isə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərov, Zəhra Qurbanzadəni, komanda kata çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyəti idarə edəcək. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarımızla bir yerdə olacaq.
Konyada V İslam Həmrəylik Oyunlarının karate yarışları 17-18 Avqust tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Milliyə 21 idmançı dəvət olundu - SİYAHI
Millinin heyəti açıqlandı - Avropa çempionatı
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Millimizin heyəti açıqlandı - Beynəlxalq turnir
Karateçilərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar - Birillik fasilədən sonra
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin