reklam
“Sabah”ın məşqqçisi qərəzdən danışdı
Sportfm.az xəbər saytı

“Sabah”ın məşqqçisi qərəzdən danışdı


“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 12-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportfm.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Bu cür oyuna şərh vermək çətindir. İndiyə kimi ən yaxşı birinci hissəmizi keçirdik. Amma hər şeyi hakim korladı. Namik Ələsgərovu dirsəklə vururlar, hakim heç buna fikir vermir, görmür. Üstəlik, Manunun sifətindən vurdular, yenə görmədi. Maruan təmiz topa oynayır, onu vururlar, yenə görmür. Niyə hakimlər “Sabah”a qarşı bu qədər qərəzlidir? Məncə, hakimlik bu gün bizə qarşı qərəzli idi. Futbolçularıma təşəkkür edə bilərəm. Onlar 10 nəfərlə mübarizə apardılar, epizodlar da yaratdılar. Rəqibə və hakimə qarşı mübarizə apardıq. Bu gün hakimlik sadəcə bərbad idi”.

Oxşar xəbərlər

Gürcü məşqçi Naxçıvan klubuna çox qol vurmaqdan danışdı
"Heç-heçə ədalətli nəticə idi” – Şahin Diniyev
“Sabah”ın baş məşqçisi hakimlərin cəzalanmasını istədi
"Futbolçularıma təzyiqlər olur" - Vüqar Əsgərli
“Kuryoz qol buraxdıq” - “Sabah”ın məşqçisi Artur Olenin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər