Səfir gimnastları ziyarət etdi -FOTO
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Milli Gimnastika Arenasında (MGA) olub.
Sportfm.az xəbər verir ki, səfir arenada 35-ci dünya çempionatından əvvəl Bakıda təlim-məşq toplanışında iştirak edən ABŞ-ın batut gimnastikası üzrə yığma komandasının üzvləri ilə görüşüb.
O, dünya çempionatında iştirak edəcək gimnastlarla, eləcə də onların məşqçiləri ilə söhbət edib. Amerikalı idmançılar yarış hazırlıqları ilə bağlı səfirə məlumat veriblər.
Daha sonra Ö.Litzenberqer gimnastların məşq prosesini izləyib.
Səfir, eyni zamanda, MGA-da idmançıların hazırlığı üçün yaradılmış şəraitlə də tanış olub.
Bakıda təşkil olunacaq dünya çempionatında batut üzrə fərdi və sinxron proqramlar, ikili minibatut və tamblinq yarışlarında ABŞ-ın 19 idmançısı çıxış edəcək. Bu ölkənin komandası ümumilikdə 40 nəfərdən ibarətdir.
Xatırladaq ki, batut gimnastikası üzrə 35-ci dünya çempionatı noyabrın 18-21-də keçiriləcək. Yarışda 33 ölkədən 270-ə yaxın gimnast 51 dəst medal uğrunda mübarizə aparacaq.
Oxşar xəbərlər
Tamblinq yarışlarında finalçılar bəlli oldu
Bakıda keçiriləcək yarışda 15 gimnastımız iştirak edəcək
Bakıda dünya çempionatı start götürdü - açılış baş tutdu
Dünya kubokunun yoxlama məşqləri keçirildi - FOTO
Batut gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası