reklam
Bakıda keçiriləcək yarışda 15 gimnastımız iştirak edəcək
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək yarışda 15 gimnastımız iştirak edəcək


Noyabrın 25-də Bakıda start götürəcək batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları üçün Azərbaycan yığma komandasının heyəti müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkənin 15 gimnastı medallar uğrunda mübarizə aparacaq.

Oğlanlardan İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Mahsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, qızlardan isə Səma Cəfərova, Şəfiqə Hümbətova, Selcan Məhsudova bacarıqlarını göstərməyə çalıaşacaqlar.

11-12, 13-14, 15-16 və 17 - 21 yaş kateqoriyalarında gimnastlar batut, tamblinq, ikili mini-batut üzrə yarışlara qatılacaqlar.

Onlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Oxşar xəbərlər

Gimnastlarımız beynəlxalq yarışda 11 medal qazandı
Azərbaycan gimnastlarından uğurlu nəticə - 6 qızıl, 1 gümüş və 1 bürünc
Tamblinq yarışlarında finalçılar bəlli oldu
Braziliya millisinin Bakıda keçiriləcək yarış üçün heyəti - Dünya çempionatı
Millimizin heyəti açıqlandı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər