reklam
Salanın ölümü ilə bağlı dəhşətli xəbər
Sportfm.az xəbər saytı

Salanın ölümü ilə bağlı dəhşətli xəbər


La-Manş boğazında təyyarə qəzasına düşərək vəfat edən Emiliano Salanın ölümü ilə bağlı dəhşətli xəbər yayılıb. 

Sportfm.az xəbər verir ki, pilot David İbbotsonun rəng korluğundan (daltonizm) əziyyət çəkirmiş. Bu xəstəliyinə görə, pilot gecə uçuşları həyata keçirmirdi.  

Bundan əlavə, İbbotsonun xüsusi təyyarə ilə uçuş həyata keçirməsi üçün lisenziyası olmayıb. Qəza günü hava olduqca dumanlı olub və bu, pilotun işini çətinə salıb. 

La-Manşın dərinliklərindən ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarənin qalıqlarında Salanın cəsədi tapılmışdı. 59 yaşlı pilot isə hələ də itkin hesab edilir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, argentinalı futbolçu Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə 15 milyon funt-sterlinə transfer edilib.

Oxşar xəbərlər

Futbolçunun ölümünə səbəb olanlar həbs olundu - Hadisə
Təyyarə qəzasında ölən futbolçu ilə bağlı yeni məlumat
Emiliano Salanın ölümü ilə bağlı yeni xəbər
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanı aparan təyyarə tapıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər