Utanmasan, oynamağa nə var ki?! -Sözardı
"Jurnalist olsaydım, özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötyürmə verdik. 2-ci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fərqi azaltdıqdan sonra oyuna qayıtdıq və 2 yaxşı fürsətimiz oldu. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, Toral Bayramovla Abbas Hüseynov heyətdə olmaması yığmanın çıxışına təsir etdi: "Hər ikisi aparıcı futbolçudur, UEFA Konfrans Liqasında qol vurmuşdu. Komandanın oyununda inkişaf görürük. Nəticə üçün bizə yalnız vaxt kömək edə bilər. Planlı şəkildə işləmək lazımdır".
65 yaşlı baş məşqçinin sözlərinə görə, milli komanda onun rəhbərliyi altında 19 oyun keçirib: "Bu, nə çoxdur, nə də azdır. Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin 100 yox, 101 faizini etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur".
O, oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmağın tamam fərqli olduğunu söyləyib: "Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydançamızda 3 qol buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır".
De Byazi deyib ki, belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur: "Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam".
Təcrübəli mütəxəssis Tellur Mütəllimovun qırmızı vərəqə ilə meydandan qovulmasına da toxunub: "Azlıqda qalmağımız yaxşı hal deyil. Ümumiyyətlə, hakimlikdən narazı qaldım. Rəqib xeyli qayda pozuntusuna yol versə də, referi onları cəzalandırmırdı. Mənə bir şey də maraqlıdır ki, bu gün 11 nəfərlə oynasaydıq, nəticə necə olardı? Bayram günlərini davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Azlıqda qalmağımız bizə çətinlik yaratdı".
Oxşar xəbərlər
"Sabahkı oyun çox çətin olacaq" - De Byazi
De Byazi: "Çətin olacaq..."
"Qalib gəlsəydik, daha yaxşı olardı" - Sənan Qurbanov
"Keşlə"də hər artıq çəkiyə görə cərimələr var" - Yunis Hüseynov
"Qol epizodlarından istifadə edə bilmədik" - Yunis Hüseynov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası