Braziliya millisinin Bakıda keçiriləcək yarış üçün heyəti -Dünya çempionatı
Noyabrın 18-21-də Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən, 33 ölkə yarışda iştirakını təsdiqləyib.
Artıq Braziliya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Belə ki, Braziliyanı 5 gimnast - Rafael Andrade, Rayan Dutra, Alise Qomes, Kamilla Qomes və İngrid Maior təmsil edəcək.
Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Oxşar xəbərlər
Tamblinq yarışlarında finalçılar bəlli oldu
Bakıda keçiriləcək yarışda 15 gimnastımız iştirak edəcək
Malkin bu gün mübarizəyə qoşulacaq - Dünya çempionatı
Bakı dünya çempionatına ev sahibliyi edəcək - 33 ölkədən 300 idmançı
31 ölkənin idmançıları Bakıya toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası