"Səbail"də koronavirus şoku -2 oyunçuda yoluxma
Futbol üzrə Azərbaycan I Divizionunda VI turun "Qaradağ - Lökbatan"la oyununa "Səbail-2" cəmi 13 futbolçu ilə yollanıb.
Sportfm.az xəbər verir ki, "Səbail-2"nin ehtiyatdakı futbolçularının hər ikisi meydan oyunçularıdır. Bu isə o deməkdir ki, qapıçı zədələnərsə və ya qırmızı vərəqə alarsa, onu əvəzləməyə yeni qapıçı olmayacaq.
Paytaxt təmsilçisinin Mətbuat xidmətindən verilən məlumata görə, digər qapıçı Zeynəddin Abdurahmanov əsas komandaya cəlb edilib. Abdurahmanov zədə və s. kimi amillərdən qorunmaq üçün görüşdə iştirak etmir: "Bundan əlavə, Aydın Ağazadə və Vidadi Cəfərovun koronavirus testi müsbət çıxıb. Şamil Cəfərov isə zədəlidir".
Qeyd edək ki, hazırda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matçda hesab açılmayıb. (report)
Oxşar xəbərlər
“Turan Tovuz” Bakıdan əliboş qayıtdı - I Divizion
"Sabah" koronavirus şoku - Kütləvi yoluxma
"Şaxtyor"da koronavirus şoku - 18 üzvündə yoluxma
"Səbail"də yeni qapıçı - Komanda ilə məşqə çıxdı
Virus italyanlardan əl çəkmir - Yeni yoluxma faktları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası