“Qələbədə pay sahibi olduğum üçün çox şadam” -Mirabdulla Abbasov
"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə”nin qapısından qələbə (2:1) topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:
“Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı “Neftçi” qazandı”.
“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?” sualına Abbasovun cavabı belə olub: “Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.
Oxşar xəbərlər
""Sabahdan qorxmuruq" - Mirabdulla Abbasov
"Yaxın zamanlarda çətin günlər geridə qalacaq" - Tiaqo Bazerra
"Bu hisslərin sözlə ifadəsi yoxdur" - “Neftçi”nin gənc futbolçusu
"Neftçi"nin 22-ci bombardiri - Azərbaycan Premyer Liqası
Mirabdulla Abbasov: "Şadam ki..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO





.png)









Misli Premyer Liqası