2 futbolçu diskvalifikasiya olundu -Azərbaycan Premyer Liqası
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 7 200 manat cərimələyib.
Sportfm.az xəbər verir ki, buna əyalət təmsilçisinin azarkeşlərinin "Zirə"yə qarşı Premyer Liqanın VII tur oyununda (1:1) matçın rəsmi şəxslərini təhqir etməsi və futbolçusu Ehtiram Şahverdiyevin görüş bitdikdən sonra “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılması səbəb olub. Yarımmüdafiəçiyə 4 oyunluq cəza verilib.
“Sabah”ın hücumçusu Xulio Sezar Rodriges isə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları çempionat qarşılaşmasında eyni səbəbə görə 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya edilib. Klub isə 3 200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
Bundan başqa, “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə ödəyəcək.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsinin qərarları - Diniyevə ağır cəza
İntizam Komitəsinin qərarları - AFFA
AFFA klublarımızı cərimələdi - 4000 manat
İntizam Komitəsi qərarları - AFFA açıqladı
AFFA "Qarabağ"ı cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası