Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hakimlərdən laktat testi götürüldü - FOTOFOTO
AFFA-nın Futbol akademiyasında “Complex Core” şirkəti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədqiqat Laboratoriyası tərəfindən Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb.
Sportfm.az xəbər verir ki, UEFA-nın elit hakimləri üzrə baş fizioterapevti Roman Jahoda və ilk dəfə ADBTIA komandasının qatıldığı “Complex Core” şirkəti tərəfindən götürülən testlər beynəlxalq standartların tələbinə uyğun həyata keçirilir. Hakim və köməkçi hakimlərin laktat testi ilə bədənin tərkibi və bədən yağları, habelə zədələnmənin qarşısının alınması baxımından hərəkətlilik, elastiklik, sabitlik kimi əsas gücün qabiliyyətləri və dözümlülüyü yoxlanılıb.
Xatırladaq ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.



Oxşar xəbərlər
Hakimlərimiz laktat testi verməli oldu - FOTOLAR
Hakimlər mətbuat nümayəndələri üçün seminar keçdi - FOTO
Hakimlərimiz ABŞ-a yollanır
Hakimlərimiz testdən keçdi - FOTO
Fritz azərbaycanlı hakimlərdən “imtahan” götürdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası