reklam
Azərbaycan cüdoçuları Vətənə qayıtdı -
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçuları Vətənə qayıtdı -Dünya çempionatı


Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası İtaliyanın Olbiya şəhərində keçirilmiş dünya çempionatından qayıdıb. 

Sportfm.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli üzvlərini federasiya və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Mundiala 8 nəfərlik heyətlə qatılan millinin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kq çəkidə çıxış edən Turan Bayramov gümüş, 81 kq çəkidəki Elcan Hacıyev isə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığma 7-ci yeri tutub.

Qeyd edək ki, dünya çempionatında 72 ölkədən 490 cüdoçu (282 oğlan, 208 qız) mübarizə aparıb.

Oxşar xəbərlər

Azərbaycan millisi Vətənə qayıtdı
Sərbəst güləşçilərimiz Bakıya qayıtdı - UĞUR
Qızıl medal qazanan cüdoçularımız Vətənə döndü - Uğur
Dünya çempionatında uğura imza atan cüdoçularımız Vətənə döndü - FOTO
Güləşçilərimiz Vətənə qayıtdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər