Dünya çempionatında uğura imza atan cüdoçularımız Vətənə döndü -FOTO
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yığma komandası sentyabrın 3-də Vətənə dönüb.
Sportfm.az xəbər verir ki, milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, idmançıların doğmaları və yaxınları gül-çiçək dəstələri ilə qarşılayıblar.
Dünya çempionatında Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) isə 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının sonuncu günündə təşkil olunan qarışıq komanda yarışlarında çıxış edərək 5-ci yeri tutub.
Oxşar xəbərlər
Dünya çempionu Hidayət Heydərov Vətənə döndü
Qızıl medal qazanan cüdoçularımız Vətənə döndü - Uğur
Olimpiadanın bürünc medalçısı Vətənə döndü - FOTO
Azərbaycan cüdoçuları Minskdən Vətənə qayıtdı - FOTO
7 medal qazanıb Vətənə qayıtdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası