Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gimnastlarımız Avropa çempionatından əliboş döndü -UĞURSUZLUQ
İkiillik fasilədən sonra yenidən aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilib. İtaliyanın Pesaro şəhərində təşkil edilmiş yarışda ölkəmizi Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil ediblər.
Sportfm.az xəbər verir ki, dünya çempionatının finalçısı Vladimir Dolmatovu Avropanın ən güclü 8 idmançısı sırasında yer almaqdan cəmi bir addım ayırıb. Belə ki, çempionatın həlledici final mərhələsinə adlamaq üçün təmsilçimizin cəmi 0,200 xalı çatmayıb və o, 9-cu yerdə qərarlaşıb.
Nurcan Cabbarlı da, təəssüf ki final mərhələsinə vəsiqə qazana bilməyib.
Avropa çempionatında ilk dəfə iştirak edən Dilarə Qurbanova gənc gimnastlar arasında yarışda 28-ci olub.
Oxşar xəbərlər
Avropa çempionatına qatılacaq gimnastlarımız - SİYAHI
Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək - Dünya çempionatı
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO
Azərbaycan akrobatlarından böyük uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası