Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Legioner idmançımız bürünc uğrunda döyüşəcək
Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.
Sportfm.az xəbər verir ki, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edir.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyeva ilə qarşılaşacaq. İlk yarış gününün final görüşləri yerli vaxtla saat 19:00-da başlayacaq.
Oxşar xəbərlər
Güləşçimiz “bürünc” üçün mübarizə aparacaq - Dünya çempionatı
Qadın güləşçilərimiz 3 medal qazandı
Güləşçimiz bürünc medal qazandı
Rio-2016: Nataliya Sinişin bürünc medal qazandı
Rio-2016: Hacı Əliyev və Cəbrayıl Həsənov bürünc medal qazandılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası