reklam
Sportfm.az xəbər saytı

"Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir" -Şenol Güneş


"Bu qarşılaşmadan sonra hansı qərarı versəm, sizə açıqlayacağam. Bizim üçün həm oyun, həm də hesab baxımından pis gecə oldu".

Sportfm.az xəbər verir ki, bu fikirləri futbol üzrə Türliyə millisinin baş məşqçisi Şenol Güneş səfərdə Niderlanda 1:6 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis erkən qol buraxdıqlarını xatırladıb: "Daha yaxşı oynamaq istədik, amma fərqli hesabla məğlub olduq. Seçimlərim səhv idi. Güclü və nümunəvi oyunçularım var".

Güneş DÇ-2022-yə vəsiqə qazanmaq şanslarının hələ davam etdiyini deyib: "Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Hazırda 11 xal qazanmışıq. Fanatların etiraz etməsi normaldır. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir".

Oxşar xəbərlər

Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
Şenol Güneş istefa verməyəcək - AVRO-2020
"Komanda şəklində pis oynadıq" - Şenol Günəş
"Qarşımızda yaxşı müdafiə xətti var idi" - Qurban Qurbanov
"Deyiləsi çox söz yoxdur" - Füzuli Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər