reklam
Sportfm.az xəbər saytı

"Deyiləsi çox söz yoxdur" -Füzuli Məmmədov


Uduzmağımız bizi üzür. Yaxşı oynadıq. Matça nəzarət bizdə idi. Kobud səhvlər bağışlanılmır. Futboldur, yaxşı mübarizə apardıq. Qalib gəlmək istəyirdik".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın V turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, səhv edən komanda məğlub olmalıdır: "3 xal qazanmaq istəyirdik, amma səhv həlledici oldu. Oyunçuların istəklərindən razıyam, deyiləsi çox söz yoxdur. Bu cür səhv Stankoviç səviyyəsindəki futbolçuya təsir edəcək. Belə şeylər olur. Mənim işim ona dəstək olmaqdır. Stankoviç keyfiyyətli futbolçudur".

Məmmədov Premyer Liqada 5 matçın 2-də uduzduqlarını xatırladıb: "Pis oyunumuz "Sumqayıt"la matçda idi. Bu gün də uduzduq. Çalışırdıq ki, qalib gələk. Qarşıdakı matçlarda qələbə qazanıb, xal fərqini azaltmağa çalışacağıq. Bu gün "Zirə" çox kompakt oynadı. Səhvlər etmirdi. Düşünmürəm ki, hücumda problem var. Sadəcə rəqib müdafiədə yaxşı idi".

Oxşar xəbərlər

"Komanda dağınıq futbol oynadı" - Yunis Hüseynov
"Məğlubiyyətlər qaçılmazdır" - Rəşad Sadıqov
""Qalatasaray"la oyunda meydana qələbə üçün çıxacağıq" - Füzuli Məmmədov
"Səhv etmədən qələbə qazandıq" - Yunis Hüseynov
"90 dəqiqəlik ağır mübarizə bizi gözləyir" - Stanislav Draqun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər