
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Paralimpiyaçılarımız Tokio-2020-ni 19 medalla başa vurdu -UĞUR
Azərbaycan komandası sentyabrın 4-də Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirakını başa vurub.
Sportfm.az xəbər verir ki, Komandamız yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanıb.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar
Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.
Raman Saleh Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.
XVI Yay Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam" - Tokio-2020
Bayraqdarımız məlum oldu - Tokio-2020
Azərbaycan paralimpiyaçılarından 14-cü qızıl medal - Tokio-2020
Azərbaycanın iki para-atleti finala yüksəldi - Tokio-2020
Azərbaycan 7-ci sırada - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı