reklam
Azərbaycan 7-ci sırada -
Sportfm.az xəbər saytı

Azərbaycan 7-ci sırada -Tokio-2020


Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti yarış gününə yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın 7 paralimpiyaçısı mübarizə aparıb.

Nüvə itələmə növündə çıxış edən Elvin Astanov və paracüdoçu Dürsədəf Kərimova (+70 kq) qızıl, digər paracüdoçu İlham Zəkiyev (+100 kq) isə bürünc medal qazanıb.

Para-üzgüçü Roman Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 4-cü, pauerliftinqçi Nurlan Babacanov (97 kq) 7-ci yeri tutub. Paracüdoçu Kənan Abdullaxanlı (100 kq) ilk görüşündə uduzaraq mübarizəni dayandırıb. 100 metr məsafəyə qaçışda yarışan Elmir Cəbrayılov zədələndiyi üçün finişə çata bilməyib.

Azərbaycan hazırda medal sıralamasında 7-ci pillədə qərarlaşıb. Komandanın aktivində 9 qızıl və 3 bürünc medal var.

Siyahının ilk pilləsində 45 qızıl, 29 gümüş və eyni sayda bürünc medalla Çin qərarlaşıb. Böyük Britaniya (23 qızıl, 19 gümüş, 18 bürünc) ikinci, ABŞ (15 qızıl, 16 gümüş, 9 bürünc) isə üçüncüdür.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də başa çatacaq.

 

Oxşar xəbərlər

"Özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam" - Tokio-2020
Paralimpiyaçılarımız Tokio-2020-ni 19 medalla başa vurdu - UĞUR
Azərbaycan paralimpiyaçılarından 14-cü qızıl medal - Tokio-2020
Azərbaycanın iki para-atleti finala yüksəldi - Tokio-2020
İki idmançımızın uğursuz cəhdi - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər