Bu gün daha 6 paralimpiyaçımız mübarizə aparacaq -Tokio-2020
Bu gün Azərbaycanın daha 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, onların 1-i güllə atıcısı, 2-si parataekvondoçu, 3-ü isə para-atletdir.
Yelena Taranova Bakı vaxtı ilə saat 03:45-də 25 metr məsafəyə güllə atma yarışında qüvvəsini sınayacaq.
Taekvondoçulardan 49 kq-da çıxış edən Röyalə Fətəliyeva 1/8 finalda tailandlı Kvansuda Puankitça ilə, 61 kq çəki dərəcəsində yer alan İmaməddin Xəlilov isə Rusiya Olimpiya Komitəsinin təmsilçisi Danil Sidorovla qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.
Para-atlet Orxan Qasımov nizə atma növündə medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 14:00-da çıxış edəcək.
Yuliya Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə 16:17-də 400 metr məsafəyə qaçışda mübarizə aparacaq. Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.
Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam" - Tokio-2020
Bayraqdarımız məlum oldu - Tokio-2020
Paralimpiyaçılarımız Tokio-2020-ni 19 medalla başa vurdu - UĞUR
Azərbaycan paralimpiyaçılarından 14-cü qızıl medal - Tokio-2020
Azərbaycan 7-ci sırada - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xankəndi" üçün önəmli gün - İkinci Liqa
-
İlk yarımfinalçı məlum olur - Azərbaycan kuboku
-
Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlandı - Formula 1
-
AFFA “Karvan-Yevlax” üçün seminar keçirdi
-
Lamin Yamal La Liqada yeni rekorda imza atdı
-
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk etdi - Dron hücumlarına görə















Misli Premyer Liqası