reklam
Elşad Quliyev:
Sportfm.az xəbər saytı

Elşad Quliyev:"Hədəfimiz Koşitsedə qızıl medalları qazanmaqdı"


Mini-futbol üzrə Azərbaycan yığması Slovakiyada keçiriləcək Avropa Çempionatında iştirak edəcək. Hazırda Bakıda təlim-məşq toplanışında olan yığma komandamızın çalışdırıcısı Elşad Quliyev mötəbər turnirə hazırlıqla bağlı Sportfm.az saytının suallarını cavablandırıb. 

- Yığma üzvlərinin hazırda məşq etdikləri mini-futbol meydançasının ölçüləri Avropa Çempionatının final mərhələsinin keçiriləcəyi arenanın ölçüsü ilə eyni deyil. Bu hal Slovakiyada bizim əleyhimizə işləməyəcək? 

- Bəli, biz daha kiçik meydançada məşq edirik. Ancaq mən düşünürəm ki, bu bizim əleyhimizə yox, lehimizə olan amildi. Kiçik meydançada təzyiq çox olduğundan futbolçu daha tez qərar verməlidi. Bizlər də bunun üçün çalışırıq. 

- Qapılarda orda daha böyük olacaq. 

- Qapılarla bağlı durum biraz fərqlidi. Bizim final mərhələsində istifadə ediləcək qapılarla eyni ölçüdə qapılarımız var. Onları federasiya hazırlayıb. Turnirə 2 həftə qala artıq həmin qapılardan istifadə edəcəyik. İndiki vəziyyətdə fərqlənmək daha çətindi. 

- Yığmamız Ukraynada keçirilən qitə birinciliyində uğursuz çıxış etdi. Yunanıstana isə məlum səbəblərdən yollana bilmədik. 3-cü səfərdən nə gözləyək? 

- Ancaq çempionluq. Hədəfimiz Koşitsedə qızıl medalları qazanmaqdı. İnanıram ki, bunu bacaracaq gücdəyik. 

- Bu yolda bizə hansı yığma mane ola bilər?

- Yalnız bizim özümüz. Ümumi götürdükdə isə Çexiya, Rumıniya, Rusiya kimi yığmalar daha təhlükəlidi. 

Oxşar xəbərlər

Millimiz 1/4 final oyununa çıxır - Avropa çempionatı
"Ermənistanda oynamaq bizim üçün əlavə təzyiq olmaz" - Vüqar Məmməd
Qurban Qurbanov: "Avropa çempionatına vəsiqə qazanmaq..."
Elşad Əhmədov:"Yerli futbolçular bizim komandaya gəlmək istəmirdi"
Rivzan Fərzəliyev heyətdən tam istifadə edilməməsindən gileyləndi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər