60 komandalı Azərbaycan çempionatları
Bu həftə Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümü start götürəcək. Sayca 30-cu olacaq ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb. Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb.
Sportfm.az xəbər verir ki, əvvəlki 29 çempionatın ümumi cədvəlinə “Neftçi” və “Qarabağ” başçılıq edir. Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb. Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.
İlk onluqda mövsümün daha bir iştirakçısı “Qəbələ” də var. “Keşlə” kimi “qırmızı-qaralar”ın da mövqeyi dəyişməz qalacaq.
14-cü olan “Sumqayıt” iki pillə irəliləmək şansına malikdir. Digər klubların irəliləmək imkanları daha çoxdur. 19-cu olan “Zirə” də, 30-cu olan “Səbail” də, 37-ci olan “Sabah” da 2021/2022-ci il mövsümünün nəticələrinə əsasən ümumi sıralamada xeyli irəliləyə bilər.
Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
“Sumqayıt” 11-ci yerdə, “Neftçi” yenə ikinci pillədə - Ən çox xal toplayanlar
XXI əsrdə ən çox qələbə qazanan Azərbaycan klubu
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Dövrənin son turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası