“Sumqayıt” 11-ci yerdə, “Neftçi” yenə ikinci pillədə -Ən çox xal toplayanlar
Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox xal toplayan komandalar bəlli olub.
Sportfm.az xəbər verir ki, 2001-ci il yanvarın 1-dən indiyədək ən çox xal toplayan komanda “Qarabağ”dır.
Ağdam klubu 21 ildə 1115 xal yığıb. İkinci yerdə olan “Neftçi” də 1000 xal səddini adlasa da, liderdən xeyli geri qalır. Bu fərq 44-ə bərabərdir.
Premyer Liqada çıxışını davam etdirənlərdən “Keşlə” 3-cü, “Qəbələ” 4-cü yerdə möhkəmlənib. “Top-11”də “Sumqayıt” da var. “Gənclik şəhəri” təmsilçisi 11-cidir.
1. “Qarabağ” - 1115
2. “Neftçi” - 1071
3. “Keşlə” - 966
4. “Qəbələ” - 657
5. “Bakı” - 588
6. “Xəzər Lənkəran” - 583
7. AZAL - 485
8. “Turan” - 353
9. “Simurq” - 344
10. “Kəpəz” - 335
11. “Sumqayıt” – 332
(apasport)
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
XXI əsrdə ən çox qələbə qazanan Azərbaycan klubu
"Sumqayıt" hamıdan öndədi - Premyer Liqa
“Neftçi”dən rekord, “Sumqayıt”dan bir ilk - Premyer Liqa
"Neftçi” və “Qarabağ”: 100-dən çox böyükhesablı qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası