reklam
Rafael Ağayevin rəqibləri bəlli oldu -
Sportfm.az xəbər saytı

Rafael Ağayevin rəqibləri bəlli oldu -Tokio-2020


Azərbaycanın daha bir karateçisi Firdovsi Fərzəliyevin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

Sportfm.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda rəqibləri Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə görüşəcək. 

O, avqustun 6-da yarışacaq. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. 

İrina Zaretskanın Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı B qrupunda Məltəm Hocaoöku (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə üz-üzə gələcək.

O, avqustun 7-də yarışda çıxış edəcək.

Rafael Ağayevin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) ilə qarşılaşacaq.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Qeyd edək ki, Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.

Oxşar xəbərlər

Ağayev beynəlxalq turnirdə iştirak edəcək - Karate1 Premyer Liqa
Paracüdoçularımızın ilk rəqibləri bəlli oldu - Tokio-2020
Rafael Ağayev qələbə ilə başladı - Tokio-2020
Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi
Rafael Ağayev Tokioda olacaq - Rəsmiləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər