Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kanada və İsveç finalda -Tokio-2020
Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turnirinin yarımfinal görüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, bu mərhələdə əvvəlcə ABŞ Kanada ilə, Avstraliya isə İsveçlə üz-üzə gəlib. Hər iki görüşün taleyini bir qol həll edib.
74-cü dəqiqədə Cessi Fleminqin penaltidən vurduğu qol Kanadanı finala yüksəldib. İsveç isə 46-cı dəqiqədə Fridolina Rolfönün qolu ilə həlledici qarşılaşmada iştirak hüququ qazanıb.
Qeyd edək ki, Kanada və İsveç yığmaları arasında final matçı avqustun 6-da olacaq. Bundan bir gün əvvəl isə 3-cü yer uğrunda ABŞ və Avstraliya yığmaları qarşılaşacaq.
Oxşar xəbərlər
“Bürünc”ün sahibi bilindi - Dünya çempionatı
Daha 4 iştirakçı məlum olacaq - DÇ-2022
Final oyununun yeri dəyişdirildi - Tokio-2020
Kanada və Avstraliya “Tokio-2020”dən imtina etdi
DÇ-2018: İsveç 1/4 finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası