reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də yeni komanda -I divizion


Azərbaycan I divizionda çıxış edəcək “Qəbələ-2” yeni mövsümün hazırlığına başlayır. 

Sportfm.az verir ki, “Qəbələ” İdman Klubunun tərkibində yeni yaradılan komanda bu gün ilk məşqinə çıxacaq. 

Əsasən futbol akademiyasının yetirmələrindən təşkil olunan ikinci komanda hazırlığına Qəbələ şəhər stadionunda start verəcək. “Qəbələ-2”ni bunadək U-19-un baş məşqçisi olan Famil Xəlilov çalışdıracaq. Onun yetirmələri yeni mövsümə hazırlıq dövründə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.

Qeyd edək ki, I Divizionda 2021/2022-ci illər mövsümü sentyabrın 13-də start götürəcək. İki dövrədən ibarət olacaq çempionatda 13 komanda mübarizə aparacaq.

Oxşar xəbərlər

"Qəbələ"nin ilk rəqibi məlum oldu - Yoxlama oyunu
“Qəbələ” Türkiyə və Rumınya klublarına qarşı - Toplanış
"Qəbələ" Bakıda davam edəcək - Toplanış
"Qəbələ"nin hazırlıq planı açıqlandı - Azərbaycan Premyer Liqası
"Qəbələ" hazırlıqlara start verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər